Danimarkalı məşhur aktrisa Bricit Nielsen bir müddət küsülü olduğu dünya şöhrətli müğənni Madonnadan necə intiqam aldığından danışıb.
Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, aktrisa televiziya proqramlarının birində keçmişlə bağlı qalmaqallı etiraf edib.
Madonnanın ötən günlərdə Las Veqasdakı konsertinə iki saat gec çıxmasını tənqid edən Nielsen onun musiqi dünyasında şişirdildiyini deyib.
Bricitin danışdığına görə, 1987-ci ildə Madonnayla eyni barda olublar. İçkinin təsirindən onlar arasında dava düşüb. Nielsen Madonnaya şillə vurub.
Aktrisa bir neçə ay sonra intiqam üçün Madonnaın boşanmaq üzrə olduğu Şon Pen ilə bir gecəlik əlaqə yaşadığını bildirib.