Space TV-də yayımlanan “Gəl dərdini danış” sosial-kriminal layihədə ötən gün maraqlı anlar yaşanıb.
Unikal.org xəbər verir ki, Amil Xəlilə müraciət edən şəxs arvadının ona 4 dəfə xəyanət etməsinə baxmayaraq, onu yenidən bağışlamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, arvadı 1 yaş 3 aylıq körpəsini evdə ataraq 1 ilə yaxındır həmkəndlisi Şahin adlı şəxslə qoşulub qaçıb. Ərin iddiaları hər kəsi dəhşətə gətirib. Pərvinin sözlərinə görə, Rəqsanə onu 4 dəfə aldatsa da, onu bağışlayıb, hətta günü bu gün də evə qayıdarsa, onu bağışlamağa hazırdır: “Kişi o deyil ki, mələyi fahişəyə çevirsin, əsl kişi fahişəni mələyə çevirəndir”- deyə Pərvin bildirib. Amil Xəlil açıqlama verərək məsələ ilə bağlı Şəkiyə yollanacağını və bu həftə içində Rəqsanədən müsahibə alacağını bildirib. Amma qısa olaraq telefonla müsahibə verən Rəqsanə ərinin yalan danışdığını və uşağına isə qorxudan yaxın gələ bilmədiyini bildirib.
Qeyd edək ki, “Gəl dərdini danış” artıq yeni vaxtda həftə içi saat 12:50-də Space TV-də Amil Xəlilin təqdimatında yayımlanır.