Noyabrın 19-da yenidənqurma işləri aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci kilometrində asfalt-beton örtükdə eninə çat əmələ gəlib. Həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a bildirilib ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb. Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yol tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.