Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına (DSK) 42 625 iddiaçı bildiriş verib.

Unikal.org-un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.

R.Qasımov deyib ki, həmin şəxslərdən 35 574 nəfəri namizəd statusunu alıb və qeydiyyatdan keçib. Onun sözlərinə görə, proses hələ davam edir, namizədlər daha çox fəallıq nümayiş etdirirlər:

“Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Bu da əlbəttə ki, yaxşı bir göstəricidir. Bayaq dediyim kimi, gənclər də xüsusi fəallıq nümayiş etdirirlər. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.