Əməkdar artist Nahidə Orucova qızını Xalq artisti Fidan Qasımovanın oğluna ərə verməsindən danışıb.
Unikal.org xəbər verir ki, aktrisaya "Hüseynova bacıları" verilişində bununla bağlı suallar ünvanlanıb.
"Olar ad çəkməyim? Fidan və Xuraman Qasımova bacıları... Bu izdivac 10 il əvvəl olmalı idi. Amma alınmadı. Bilmirəm niyə, Allahın icazəsi indi oldu. İllərdir nələr çəkirəm, arzulayıram qızımın toyunu görüm. Nəvə, nəticə görmək istəyirəm".
Qeyd edək ki, müğənni və aktrisa quda olublar. F.Qasımova və N.Orucovanın övladının nişanı avqustda baş tutub.