Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş qərargah rəisi uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirmiş.
Büyükkanıt bu gün səhər saatlarında İstanbulda 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.