Taylandda təcavüzə uğrayan 13 yaşlı qız sosial şəbəkədə vida payalaşımı etdidən sonra intihar edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeniyetmə qız 6 kişi tərəfindən qaçırılıb və əsir saxlandıqdan sonra günlərlə təcavüzə məruz qalıb.
Bildirilir ki, kiçik qız intihar etməzdən bir ay əvvəl hamilə olduğunu və depresiyaya düşdüyünü öyrənib.
Tecavüz hadisəsindən 4 gün sonra tamamilə psixologiyası pozulan qız, Facebook hesabından ard-arda paylaşımlar etdikdən sonra bir binanın damından atlayaraq həyatına son qoyub.
Polisə ifadə verən qızın ailəsi övladlarının bir müddət əvvəl qaçırıldığını, ancaq hamilə olmasından xəbərsiz olduğunu deyiblər.
Tayland polisi adının Pinkie olduğunu açıqladığı qıza təcavüz edənləri tutmaq üçün əməliyyat başlayıb. Müxtəlif ünvanlara edilən basqınlar nəticəsində bir çox şəxs saxlanılıb.