Berlində bıçaqla hücum nəticəsində həyatını itirmiş Almaniyanın keçmiş prezident Rixard fon Vaytszekkerin oğlunun intiqam səbəbindən öldürüldüyü məlum olub.
Unikal.org xəbər verir ki, bu barədə Almaniya mediası yazır.
Cinayətkar keçmiş prezidentin o illərdə idarəçisi olduğu “Boehringer Ingelheim” şirkətini Vietnam müharibəsində öldürücü kimyəvi maddələr işlətməkdə günahlandırır.
Ailədən intiqam almaq istəyən şəxsin keçmiş prezident 2015-ci ildə öldüyü üçün oğlu Friz Vaytszekkeri hədəf seçdiyi bildirilir.
Cinayətkar psixatriya klinikasında yerləşdirilib, araşdırma davam etdirilir.
Xatırladaq ki, Rixard fon Vaytszekker 1984-1994-cü illərdə Almaniyanın altıncı prezidenti olub. Qərbi və Şərqi Almaniyanın birləşməsi onun dövründə baş tutduğu üçün “Birləşmənin prezidenti” olaraq da anılır.