ABŞ Dövlət Departamentinin rəsmilərindən biri Türkiyənin “S-400” zenit-raket müdafiə sistemindən qurtulmalı olduğunu deyib.
Unikal.org xəbər verir ki, adının gizli qalması şərtiylə “Reuters”ə danışan department rəsmisi Türkiyə ilə ABŞ arasında narazılığa səbəb olan “S-400”lərlə bağlı çağırış edib.
O bildirib ki, münasibətlərdə irəliləyiş üçün Türkiyə “S-400” zenit-raket müdafiə sistemindən imtina etməlidir.
Departament rəsmisi vurğulayıb ki, Türkiyəyə buna görə sanksiya tətbiq edilə bilər.
Türkiyə müdafiə naziri Hulusi Akar büdcə müzakirəsi zaman; “S-400” məsələsində geri addım atılmayacağını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Vaşinqtondan rəsmi səfərdən Türkiyəyə dönərkən bildirmişdi ki, Ankara Rusiya silahından imtina etmək niyyətində deyil.