Türkiyənin Batman ərazisində məhkəmə binasının qarşısında silahlı münaqişə baş verib.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, torpaq sahəsi üstündə məhkəməlik olan Özerdem və qohumları mübahisə etməyə başlayıblar.
Mübahisənin böyüyüb davaya çevrilməsiylə tərəflər silaha əl atıb. Silahlı insident zamanı 29 yaşlı Abdülaziz Özerdem ölüb, 4 nəfər isə yaralanıb. Yaralananların hamısı gənclərdir.
Hadis erinə polis və təcili yardım sövq edilib. Davaya qarışan digər şəxslər həbs olunub.