Cənubi Afrikada sığorta şirkətlərindən biri yaxınları ölən iki qadından xərcləri qarşılamadan öncə sübut istəyib.
Unikal.org xəbər verir ki, çarəsiz qalan qadınlar yaxınlarının cansız bədənini cəsəd torbasına qoyub sığorta şirkətinə aparmaq məcburiyyətində qalıblar.
Qadınların cəsədi daşıdığı video sosial şəbəkədə yayılaraq səs-küyə səbəb olub.
Bundan sonra şirkət “Baş verənlər kədərlidir, problem həll olundu, pul ödənildi” açıqlamasını verib.
Qeyd edək ki, sığorta şirkəti 46 yaşında ölən adamın pulunu ödəmədiyi üçün cəsəd doqquz gün saxlanmalı olub.