Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında növbəti görüş baş tuta bilər.

Unikal.org xəbər verir ki, bu barədə Vladimir Zelenskinin müşaviri İqor Novikov danışıb.

O bildirib ki, görüş 2019-cu ilin sonu, 2020-ci ilin əvvəli üçün nəzərdə tutulub.

Müşavir qeyd edib ki, impriçment qalmaqalı çox vaxtını aldığı üçün hazırda Trampın praqmatik və məhsuldar siyasətlə məşğul olmağa vaxtı yoxdur:

“Düşünürəm ki, görüş ya ilin sonunda və ya Konqresdə dinləmələrin başa çatmasından sonra - ilin əvvəlində keçiriləcək”.