İspaniyanın paytaxtı Madriddə “Karate 1” Premyer Liqa turniri çərçivəsində ilin yekununa əsasən fərqlənən idmançılar “Grand Winners” mükafatlarına sahib olacaqlar.

Unikal.org xəbər verir ki, 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında Azərbaycanın tanınmış karateçiləri Rafael Ağayev (75 kq) və İrina Zaretska (68 kq) da var.

Mükafatın təqdimatı 2020-ci il yanvarın 24-26-da Parisdə, növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq.