Müğənni Madonna "Madame X" albomunda yer alan "God Control" mahnısına görə məhkəməlik olub.
Unikal.org xəbər verir ki, ABŞ-ın "Fischerspooner" musiqi qrupunun solisti Casey Spooner 2017-ci ildə sözügedən mahnını hazırladığını iddia edib.
O bildirib ki, mahnı üçün Madonna ona 25 min avro verməli imiş, amma ödəməyib. Buna görə də müəllif ifaçını məhkəməyə verib.