İstər mahnıları, istərsə də paylaşımları ilə adından söz etdirən türkiyəli gənc müğənni Aleyna Tilki bu dəfə xərcləmələri ilə gündəmdədir.
Unikal.org xəbər verir ki, 19 yaşlı sənətçinin bədxərc olduğu üzə çıxıb. Müğənniliyi ilə yanaşı, çəkildiyi reklam filmləri ilə də sərvət qazanan müğənni pulunu "havaya sovururmuş".
Onun sadəcə bir köynəyinin 10 min lirə olduğu bildirilir. "Aleyna hətta corabları belə ən bahalı brendlərdən alır" deyə, müğənniyə yaxın mənbə bildirib.