Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunmayacaq.
Unikal.org xəbər verir ki, mərhum deputatın qızı Bəsti Yusifova report-a deyib ki, dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil.
"Ona görə də atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də keçiriləcək", - deyə mərhum deputatın qızı bildirib.
Bu gün dəfn olunması nəzərdə tutulan mərhum deputatla vida mərasimi dekabrın 8-i saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.
Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.
Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən müalicə olunurdu.