Bakı şəhəri Xətai rayonu ərazisində magistral su xəttində qəza baş verib.

“Azərsu” ASC-dən Unikal.org-a verilən məlumata görə, qəzanın aradan qaldırılması ilə əlaqədar 7 dekabrda gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.