Bakıda İraq səfirinin müşavirinin avtomobili yanıb.
Unikal.org xəbər verir ki, paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində qeydə alınıb.
İraqın Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışan, 1979-cu il təvəllüdlü Məhəmməd Talan Mirani idarə etdiyi İraq Səfirliyinə məxsus "Volkswagen-Passat" markalı 009-T-005 qeydiyyat nişanlı avtomobilin mühərrik hissəsində baş verən qısa qapanma nəticəsində yanğın olub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.