Dünyaca məşhur pop ulduzu Madonnanın qızı Lourdes Leon Mayamidə keçirilən "Art Basel" adlı sənət festivalına qatılıb. Müğənninin qızı həmin festivalda çılpaq qadınlar və kişilərlə birlikdə kameralar önündə soyunmağa və öpüşməyə başlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, festivalın əvvəlində hər şey olduqca sakit keçib. Tədbirdəki insanlar növbə ilə hərəsi 1 dəqiqə olmaqla rəqs edərək platformaya qalxıblar.
Onlardan biri Madonnanın qalmaqalları ilə tanınan qızı Lourdes Leon olub.
Lourdes Leo Barselonalı performans sənətçisi Karlota Guerrero ilə birlikdə yarı çılpaq vəziyyətdə səhnəyə çıxıb. Onunla birlikdə digər rəqsçilər də bir anda səhnəyə atılıb.
Ətrafındakı 30 nəfər rəqqasla eyni vaxtda öpüşməyə və soyunmağa başlayıb.