Məşhur türkiyəli rəqqasə Didem ailəsi ilə bağlı verdiyi açıqlamalarla gündəm olub.
Unikal.org xəbər verir ki, o, anası və bacısından şikayət edib.
“11 yaşımdan bəri işləyirəm. Gecə barlarında çox çətin günlərim keçib. Anam pulu daha çox sevdiyindən övladı gözünə görünmürdü. 26 yaşında qardaşım var. Onu çox sevsəm də, danışmaq istəmirəm. O da, bacım da narkotik aludəçisi idilər. Bacımı dəfələrlə polisə şikayət etmişəm. Hazırda nə etdiklərindən xəbərsizəm. Onlara ev almışam, özüm isə kirayədə yaşayıram" deyə, o, bildirib.