Abşeronda "London taksi" piyadanı vuraraq öldürüb.
Unikal.org-un xəbərinə görə, hadisə dekabrın 9-da rayonun Saray qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, "London taksi"ni idarə edən Ramiz İbrahimov piyada - 1994-cü il təvəllüdlü Hüseyn İsmayılovu avtomobillə vurub. Nəticədə yaralı aldığı bədən xəsarəti nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(report)