Milyarder Araz Ağalarovun sahibi olduğu "Lotofiş" şirkəti Moskvaətrafında satışa çıxarılan "Lotoşinski" fabrikini satın alıb.

Unikal.org xəbər verir ki, hərraca 120 milyon rubla çıxarılan məkanın yeganə alıcısı elə onlar özləri olublar. Ekspertlərin bildirdiyinə görə, ərazidə 2000-4000 tona yaxın balıq yetişdirmək olar.

"Lotofiş" şirkətinin 90 faizi Araz Ağalarova məxsusdur. 

Bildirilib ki, hələ SSSR dövründə tikilən fabrik 2010-cu ildə müflis olub. Onun kredit borcu olduğu banklardan biri də "Возрождение" olub. bank 2015-ci ildə fabriki satın alıb və hazırda da satışa çıxarıb.

Ağalarov hərracda ilk olaraq 120 milyon rubl təklif edib. Sonda isə fabriki 183 milyon rubla (təxminən 4,9 milyon manat) alıb.