Xalq artisti Ceyran Haşımova xəstəxanaya yerləşdirilib.
Unikal.org Kulis.az-a istinadən xəbər verir ki, 85 yaşlı sənətkarın ürəyində problemlər yaranıb.
Hazırda həkim nəzarətində olduğunu bildirən Ceyran Haşımova vəziyyətinin stabil olduğunu deyib.