"Muhteşem Yüzyıl" serialında Şeker ağa obrazını canlandıran aktyor Yüksel Ünalı görənlər tanımır.
Unikal.org xəbər verir ki, çəkisinə görə hər zaman kök obrazlara həyat verən sənətçi qidalanma tərzini dəyişdirərək 65 kiloqram arıqlayıb. Boyu 1,87 m olan aktyorun çəkisi 173 kiloqrama çatdığı zaman həkimlər ona təcili arıqlamağı məsləhət görüblər. Gündəlik menyuda meyvə və tərəvəzə üstünülk verən Ünal eyni zamanda hər gün velosipedlə 40 km məsafə qət edərək, 5 ayda rekorda imza atıb.