ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.

Unikal.org xarici mediaya istinadən verdiyi məlumata görə, dörd nəfərin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Onun üzərindən silah aşkar edilərək götürülüb.