“Əl Qaidə”nin Suriyadakı əsas qollarından hesab olan “Huras əd-Din” terror qruplaşmasının lideri məhv edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu Əbu Xədicə əl-Urduni pilotsuz uçuş aparatından avtomobilə endirilən zərbə nəticəsində ölüb.
Qeyd edilib ki, əməliyyat beynəlxalq koalisiya qüvvələri tərəfindən İdlib bölgəsində həyata keçirilib.