Türkiyənin Tunceli əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org Türkiyə KİV-nı istinadən xəbır verir ki, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də Pülümür rayonunda qeydə alınıb.
Zəlzələnin episentri təxminən 7 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.