Sankt-Peterburq şəhərində betonqarışdıran maşın Neva çayına düşüb.

Unikal.org xəbər verir ki, yüksək sürətlə hərəkət edən maşın minik avtomobili ilə toqquşduqdan sonra idarəetməni itirib və çaya düşüb.

Hadisə anı videoya alınıb.

Hazırda yük maşınının qaldırıcı kran vasitəsilə sudan çıxarılması davam edir. Sürücünün vəziyyəti barədə məlumat verilmir.