Müxalif Sosial-demokrat Partiyasından olan Zoran Milanoviç Xorvatiyada keçirilən prezident seçkilərinin birinci turunun qalibi olub.
Unikal.org “TASS”a istinadən xəbər verir ki, o, seçicilərin 50%-dən çoxunun səsini toplayıb. İkinci yerdə hazırkı prezident Kolinda Qrabar-Kitaroviç qərarlaşıb.
Qeyd edək ki, seçkilərdə seçici fəallığı 51,19% təşkil edib ki, b da 2014-cü illə müqayisədə 100 min nəfər çoxdur.
İkinci mərhələ 2020-ci il yanvarın 5-də keçiriləcək. Həmin turda Milanoviçlə Qrabar-Kitaroviç mübarizə aparacaqlar.