Meksikanın cənubunda Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes Yeni il şənliyində qətlə yetirilib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Televisiz” telekanalı məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq oradakı insanlara odlu silahdan atəş açıblar.
Silahlı insident zamanı Velasqeslə yanaşı, Xavier Terrero şəhər rəhbərliyinin işçilərindən biri də öldürülüb.
Digər ölən və yaralananlar barədə məlumat verilməyib.
Hadisəni törədən şəxslər hadisə yerindən qaçıb. Polis onların saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirsə də hələlik heç bir nəticə əldə edilməyib. Hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəblərini araşdırılır.
Qeyd edək ki, yanvar ayından dekabr ayının əvvəlinə olan dövr ərzində Meksikada 32,6 min insan zorakılığın qurbanı olub.