Kişi məhkuma aşiq olub onunla cinsi əlaqəyə girən qadın həbsxana gözətçisi həbs olunub.  Hadisə Bervyn həbsxanasında baş verib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məhkumla gözətçinin uzun müddətdir münasibətdə olub. Cütlüyün elektronik "ağıllı saat" texnologiyaları vasitəsi ilə bir -birinə cinsi məzmunlu fotolar və videolar göndərdikləri ortaya çıxıb. 

Hadisə ilə bağlı qadın gözətçisi açıqlama verib: "Depressiya və duyğusal boşluqda olan 27 yaşlı Ayşe Luiza Qann adlı gözətçi, Xuram Razaq adlı bir məhbusa aşiq olub. Onlar arasında münasibət gün keçdikcə güclənib". 

Qadın gözətçi Ayşe Luiza Qann  həbsxanada məhbus olan Xuram Razaq adlı məhkumla 1200 dəfədən çox   cinsi əlaqəyə girdiklərini etiraf edib. 

Silahlı soyğun etməkdə günahlandırılan Xuram Razaqa sevgili olduğu gözətçi Ayşe Luiza Qann  1500 avroluq "ağıllı saat" alıb. Gözətçi qadının həbsxanaya gizli şəkildə gətirdiyi və məhkum sevgilisinə verdiyi "ağıllı saat" vasitəsi ilə onuna danışa, mesajlaşa və bir-birinə videolar göndərirmiş. 

Cütlük bu səbəbdən məhkəmə qarşısına çıxarılıb. Məhkəmə qadına 12 ay həbs cəzası tətbiq edib. 13 cinayətdən 6 il həbs müddəti olan məhkumun cəzası 8 ay da artırılıb.