İspaniyada Valladolid şəhərində ispan, ingilis, elm və incəsənət dərsləri deyən 43 yaşlı Veronika Duque adlı müəllim geyimiylə şagirdlərin təəccübünə səbəb olub.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki,  müəllim şagirdlərinə insan anatomiyasını izah etmək üçün dərsə insan bədənində olan orqan və əzələləri nümayiş etdirən xüsusi bir geyimdə gəlib.

Qeyd edək ki, şagirdlər əvvəlcə müəlliminin bu geyiminə çox təəccübləniblər, amma sonradan çox bəyəndiklərini söyləyiblər.

Gülayə Mecid