Nənənin yanında nəvəsini oğurlayıblar. Hadisə Cənubi Afrikada, Kvazulu-Nata vilayətində ticarət mərkəzində baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yaşlı qadının başı satıcı ilə söhbətə qarışan zaman mühafizəçi geyimində olan kişi ərzaq arabasında əyləşən uşağı sakitcə götürərək aradan çıxıb.

Bu barədə kadrlar mağazanın müşahidə kamerası tərəfindən qeydə alınıb. Polis dərhal axtarışlara başlayıb. Həmin kişi saxlanılıb. Ona qarşı “uşaq oğurluğuna cəhd” maddəsi ilə cinayət işi açılıb

Qeyd edək ki, saxlanan şəxs mağazanın mühafizəçisidir. 

Gülayə Mecid