Agentlik tərəfindən satın alınan istiqamətgöstərici lövhələrlə heç bir eynilik təşkil etmir.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, İctimaiyyətdə düzgün rəyin formalaşması və vətəndaşların məsələ ilə dəqiq məlumatlandırılmasının vacibliyini nəzərə alaraq bildirmək istərdik ki, satın alınması həyata keçirilən mal, iş və xidmətlər yol nişanı və quraşdırılması xidmətləri deyil, piyadaların rahat hərəkətini təmin etmək məqsədi ilə müxtəlif istiqamətləri göstərən məlumat lövhələridir. Bu lövhələrin istehsalında yüksək keyfiyyətli qalvanizə olunmuş metaldan, lövhələrin quraşdırılması üçün dirəkdən, fosforlu polüretan boyalardan, işıqlı dirək başlıqlarından, işıq qaytarıcılardan və digər elementlərdən istifadə olunur. Eyni zamanda, xüsusi ilə vurğulanmalıdır ki, quraşdırılması nəzərdə tutulan lövhələrin hazırlanması və quraşdırılması bütünlüklə yerli istehsal hesabına ərsəyə gəlir.