Manisada dəhşətli qətl hadisəsi baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, narkotik vasitə istifadə edən məhkum icazə alaraq qaldığı açıq həbsxanadan çıxıb. O, həyat yoldaşının yanına gedərək onu 20 bıçaq zərbəsi ilə öldürüb. Qonşuların polisə xəbər verməsindən sonra 30 yaşlı məhkumun axtarışına başlanılıb.

2 saat sonra isə o özü polisə təslim olub.