Yaponiyada ölkəyə turist cəlb edilməsi üçün maraqlı addım atılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi edəcək olan Yaponiyada havayolları şirkətlərindən biri turistlərin ölkədə istifadə edə biləcəkləri 50 min ödənişsiz gediş-gəliş bileti paylayacaq.
Bu biletlər növbəti ilin 1 iyul-30 sentyabr tarixləri arasında istifadə edilə biləcək.