ABŞ ordusunda "TikTok" tətbiqindən istifadəyə qadağa qoyulub.
Unikal.org TASS-a istinadən xəbər verir ki, ABŞ hakimiyyəti bu tətbiq vasitəsilə istifadəçilərinin şəxsi məlumatlarının oğurlandığını düşünür.
"Bu ("TikTok" tətbiqi - red.), təhlükəsizlik üçün təhdid hesab olunur. Biz onun iş telefonlarında istifadəsinə icazə vermirik", - ABŞ ordusunun nümayəndəsi Robin Oçoa bildirib.
Qərar ABŞ Müdafiə Nazirliyi tərəfindən bu sosial şəbəkənin təhlükələri barədə dekabrın 16-da verdiyi xəbərdarlıqla əlaqədar qəbul edilib.
R.Oçoanın sözlərinə görə, hərbçilər şəxsi mobil cihazlarda tətbiqdən istifadə edə bilərlər.