ABŞ prezidenti Donald Tramp etirazçıların İraqdakı səfirliyi zəbt etməsinə münasibət bildirib.
Unikal.org xəbər verir ki, Tramp “Twitter” səhifəsindəki paylaşımında baş verənlərə görə İranı ittiham edib.
Bildirib ki, İran İraqda bir amerikalı mühəndisi öldürüb, çox saylı yaralı var: "İranın İraqdakı bu addımına sərt reaksiya verilib. Hər zaman da belə sərt reaksiya veriləcək. İran indi ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil edir. Bu hücuma görə İran məsuliyyət daşıyacaq. İraq təhlükəsizlik qüvvələrinin ABŞ səfirliyini qorumasını gözləyirik”.
Qeyd edək ki, ABŞ-ın ötən gün Hizbullaha qarşı həyata keçirdiyi əməliyyata etiraz edən "Haşdi Şabi" tərəfdarları səfirlik binasını ələ keçirib.