Meksikanın Sakatekas ştatının hakimiyyət orqanları Menli Sosial Reinteqrasiyası Regional Mərkəzinin məhbusları arasında kütləvi toqquşmanın baş verdiyini bildirib.
Bu barədə Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir.
Bildirilir ki, kütləvi dava zamanı azadlıqdan məhrum edilmiş 16 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
"Hüquq-mühafizə orqanlarının birgə müdaxiləsi nəticəsində məhbusların təxminən 17 saatlıq davası dayandırılıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, xəstəxanaya 6 yaralı çatdırılıb. Yaralılardan biri sonradan ölüb", - deyə Sakatekas ştatının Təhlükəsizlik Nazirliyinin açıqlamasında bildirilir.