İran ölkənin maraqlarını təhdid edən, hər kəsə dərhal zərbə endirməyə hazırdır.
Unikal.org xəbər verir ki, bu sözləri İranın Ali dini lideri Ayətullah Əli Xamneyi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, rəsmi Tehran müharibə tərədarı deyil:
"Hər kəs bilməlidir ki, İran müharibəyə can atmır, ancaq millətin maraqlarına, böyüklüyünə və tərəqqisinə təhdid edən hər kəs dərhal ağır zərbə alacaq".