İranın Seysmoloji Mərkəzi xəbər verir ki, İranın şərqində 5,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, təkanlar yerli vaxtla 04:29-da (Bakı vaxtı ilə 08:29-da) qeydə alınıb. Zəlzələnin ocağı 8 kilometr dərinliyə təsadüf edib. Zəlzələnin episentri Xorasan-Rəzəvi əyalətində olub.
Hazırda dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.