"İdlibdən gələn böyük bir qaçqın dalğasının Suriyadan Türkiyəyə keçəcəyi planlaşdırılır. 200-250 min miqrant Türkiyə sərhədinə doğru irəliləyir".
Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib
Onun sözlərinə görə, axını dayandırmaq üçün bir sıra tədbirlər görülür, amma bu asan məsələ deyil.
Türkiyə Prezidenti qeyd edib ki, hazırda Türkiyədə dörd milyonu suriyalı olan beş milyondan çox qaçqın var.