Rusiyada bir avtomobilin sürücüsü digər hərəkət iştirakçılarını dəhşətə salıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, həmin görüntülər arxadaki avtomobildən lentə alınıb. Belə ki, sürücü avtomobili ilə hərəkət halında olarkən pəncərədən yola əl qumbarası atıb və bir neçə saniyə sonra partlayış səsi eşidilib. 

Polis sürücünün axtarışlarına başlayıb.