ABŞ-ın keçmiş dövlət katibi və prezidentliyə namizəd Hillari Klinton Böyük Britaniyanın Belfast şəhərindəki Kvins Universitetinin fəxri rektoru olub.
Unikal.org-un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, o, 5 il müddətinə sözügedən ali təhsil müəssisəsinə rəhbərlik edəcək.
Vəzifəsinin icrasına yanvarın 1-dən başlayan keçmiş dövlət katibi universitetin ilk qadın rektoru olacaq.
Qeyd edək ki, H. Klinton 2018-ci ildə universitetin fəxri doktoru seçilib.