Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Unikal.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə bildirib.
“Tərəflər Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər. Hər iki lider regional problemlərin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb və ikitərəfli münasibətlərdə qarşılıqlı məqsədə çatmaq üçün əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər”.