PKK terror təşkilatının liderlərindən sayılan Metin Aslan İraqda öldürülüb.

Unikal.org xəbər verir ki, bu barədə  “Anadolu” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki,  "İnterpol"la axtarışda olan M. Aslan Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən İraqın şimalında həyata keçirilən əməliyyat vaxtı məhv edilib.

Qeyd edək ki, Metin Aslan Türkiyədə həbsdə olan PKK lideri Abdullah Öcalanın dayısı oğludur.   

Əməliyyatın detalları açıqlanmayıb.