İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinə yeni komandan təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. Məlumata görə, İranın Ali rəhbəri Xamenei “Əl Qüds” xüsusi təyinatlı qüvvələr komandanının müavini İsmail Kaanini öldürülən generalın yerinə təyin edib. İ.Kaani bundan sonra İranın yeni komandanıdır. 

Xatırladaq ki, “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.