Xəbər verdiyimiz kimi, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.
Unikal.org xəbər verir ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının keçmiş komandanı, general Qasım Süleymaninin nəşi İrana aparılır. Bu barədə İranın dövlət televiziyası “IRIB”ın Teleqram kanalında məlumat verilib.
Məlumatda bildirilib ki, Süleymaninin və onunla birgə öldürülən şəxslərin cənazələrinin dəfn olunması üçün İraq hava limanından İrana yola salınıb.
Xatırladaq ki, İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə üç gün matəm elan edib.