ABŞ Prezidenti Donald Tramp “Twitter”də İranla bağlı paylaşım edib.

Unikal.org-un xəbərinə görə, D. Tramp bildirib ki, İran heç vaxt müharibədə qələbə qazanmayıb.

“İran heç vaxt müharibədə qələbə qazanmayıb, lakin müzakirədə də məğlub olmayıb”, - deyə ABŞ Prezidenti vurğulayıb.

 

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH“Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.