Rusiya prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, dövlət başçıları Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsini müzakirə ediblər.

"Hər iki tərəf ABŞ-ın Bağdad aeroportuna raket zərbəsi nəticəsində Qasım Süleymaninin həlak olması ilə əlaqədar narahatlığını söyləyib", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, dövlət başçıları bunun regionda vəziyyəti ciddi şəkildə kəskinləşdirə biləcəyini təsdiqləyiblər.

Kremlin mətbuat xidməti əlavə edib ki, Putin və Makron həmçinin Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.